"Qəbələ"nin oyununda əlbəyaxa dava düşdü, sonra… ANTALYADAN QALMAQALLI VİDEO

16 Yanvar 2023 18:10 Qəbələ 1 133
"Qəbələ"nin oyununda əlbəyaxa dava düşdü, sonra… ANTALYADAN QALMAQALLI VİDEO

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” son yoxlama görüşündə uduzub.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Teplitse" ilə qarşılaşıb.

Oyun Çexiya komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Qəbələ”nin heyətində yeganə qolu 13-cü dəqiqədə Ramon Maçado vurub.

Burada əlbəyaxa dava düşüb. İnsident qarşılaşmanın sonlarına yaxın rəqib futbolçu ilə "qırmızı-qaralar"ın kapitanı Asif Məmmədov arasında baş verib. Daha sonra digər oyunçular insidentə qarışıblar.

Qarşıdurmanın böyüdüyünü görən baş hakim oyunu vaxtından əvvəl - 89-cu dəqiqədə bitirib. Yalnız bundan sonra tərəfləri sakitləşdirmək mümkün olub.

"Qəbələ” bununla Türkiyə toplanışını başa vurub. Elmar Baxşıyevin drujinası sabah vətənə qayıdacaq.

“Qırmızı-qaralar” Antalya toplanışı çərçivəsində “Sepsi” (Rumıniya) ilə heç-heçə (2:2) edib, “Lukenvalde”yə (Almaniya) qalib gəlib (3:2).

Digər Xəbərlər
Xəbər Lenti