"Tələssək, onu "yandıra" bilərik - Qoy müəyyən zaman keçsin"

15 Yanvar 2023 22:20 Qəbələ 675
"Tələssək, onu "yandıra" bilərik - Qoy müəyyən zaman keçsin"

“Qəbələ”nin yarımmüdafiəçisi Yaovi Akakpo ötən mövsüm Premyer Liqaya fırtına kimi start vermişdi.

İlk 3 turda 2 qolla yadda qalan əcnəbi futbolçu, həm də parlaq oyunu ilə gələcək rəqiblərinə ciddi başağrısı olacağının mesajlarını verirdi.

Amma 4-cü turda “Səbail”lə baş tutan görüşün 51-ci dəqiqəsində aldığı ciddi zədə onunla bağlı gözləntilərin üzərindən uzun müddət xətt çəkmiş oldu.

Ölkə xaricində əməliyyat olunan futbolçu bu səbəbdən 1 ildən artıq yaşıl meydanlardan kənarda qaldı.

Yalnız ötən ilin son ayı komandası ilə məşqlərə start verən toqolu Antalya toplanışının ilk günündən hazırlıqda aktiv iştirak edir.

O, ötən gün isə uzun aradan sonra ilk görüşünə çıxdı. Baş məşqçi Elmar Baxşıyev Almaniya təmsilçisi “Lukenvalde” komandası ilə yoxlama matçında (3:2) 23 yaşlı yetirməsinə 20 dəqiqə oynama imkanı yaratdı.

Maraqlıdır, Akakpo uzun aradan sonra ilk oyununda necə təsir bağışlayıb? Baxşıyev sulımıza cavab olaraq bunları dedi:

"Bəli, ikinci yoxlama görüşündə oynamasına qərar verdik. 20 dəqiqə meydanda oldu. Çox risk etmək istəmirik.

Yavaş-yavaş bərpa olmasına çalışırıq. Məşqlərdə tam səylə çalışır. Hazırda neçə faiz hazır olması barədə danışmaq tezdir.

Qoy müəyyən zaman keçsin. Yükləmələr aldıqdan sonra əvvəlki formasına yaxınlşacaq. Psixioloji durumu da yaxşıdır.

Gələcəyi haqqında optimist düşünür. Tələssək onu "yandıra" bilərik. Pillə-pillə bərpasına çalşırıq”.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu