"Qəbələ"nin axtardığı yar idi… Yaxşı perspektivləri var

15 Yanvar 2023 09:00 Qəbələ 1 002
"Qəbələ"nin axtardığı yar idi… Yaxşı perspektivləri var

Mövsümün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşan “Qəbələ” toplanış çərçivəsində ikinci yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev Almaniyanın “Lukenvalde” klubu ilə qarşılaşma (3:2) haqda fikirlərini klub saytına açıqlayıb:

“Antalya toplanışında ikinci görüşümüz idi. Əvvəlki qarşılaşmada az oynayanlara daha çox şans verməyi fikirləşmişdik.

Düşünürəm ki, faydalı oldu. Bu qarşılaşma komandanı həmin ritmə daha da yaxınlaşdıracaq. Fikrimizdə bu matçda gəncləri daha çox sınamaq idi.

Yaxşı perspektivli futbolçularımız var. Onlar gələcəkdə komandanın əsas üzvlərinə çevrilə bilərlər. Lakin onlar öz üzərində daha çox işləməlidir ki, həmin səviyyəyə çatsınlar”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA