Millimizin məşqçisinin oğlu almanları məyus etdi

14 Yanvar 2023 20:20 Qəbələ 793
Millimizin məşqçisinin oğlu almanları məyus etdi

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ikinci yoxlama oyununu keçirəcək.

Sportinfo.azxəbər verir ki, “qırmızı-qaralar” növbəti sınaq matçında Almaniyanın “Lukenvalde” klubu ilə üz-üzə gəlib.

“Limak Sports Senter”də keçirilən oyun “Qəbələ”nin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı rəqib açıb. Almanlar 17-ci dəqiqə fərqləniblər.

30-cu dəqiqədə Gülağa Əsədov - əsas millinin məşqçisi Arif Əsədovun oğlu “Qəbələ”nin bərabərlik qoluna imza atıb.

Ramon Maçado 57, Felipe Santos isə 70-ci dəqiqədə Azərbaycan təmsilçisinin üstünlüyünü möhkəmlədibsə, 72-ci dəqiqədə rəqib fərqi azaldıb.

Bu, oyunda sonuncu qol olub. “Qəbələ” ikinci oyununda 3:2 hesablı qələbə qazanıb.

“Qırmızı-qaralar” hazırlıq prosesindəki ilk qarşılaşmasında Rumıniyanın “Sepsi” klubu ilə məhsuldar heç-heçə üsib - 2:2.

“Qəbələ” Antalyadakı son görüşündə Çexiya təmsilçisi “Teplitse” ilə qarşılaşacaq. Matç ayın 16-da baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti