"Qəbələ" bu gün Almaniya klubu ilə üz-üzə gələcək

14 Yanvar 2023 13:20 Qəbələ 554
"Qəbələ" bu gün Almaniya klubu ilə üz-üzə gələcək

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Antalyada təşkil olunan təlim-məşq toplanışında ikinci sınağına çıxacaq.

Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda Almaniyanın “Lukenvalde” klubu ilə üz-üzə gələcək.

Əsası 1963-cü ildə qoyulan bu komanda Şimal-Şərq regionalliqasında çıxış edir. Rəqib ötən mövsümü 12-ci yerdə başa vurub.

“Göy-sarılar” cari çempionatın 16 turunda 14 xal toplayıb. “Lukenvalde” qış fasiləsinə 18 iştirakçı arasında 15-ci pillədə yollanıb.

Yanvarın 12-də Rumıniyanın “Sepsi” klubu ilə məhsuldar heç-heçə (2:2) edən “Qəbələ” Antalyadakı son görüşündə Çexiya təmsilçisi “Teplitse” ilə qarşılaşacaq. Matç ayın 16-da baş tutacaq.

17:30. “Qəbələ” – “Lukenvalde” (Almaniya)
“Limak Sports Senter”

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"