"Qəbələ"ni məğlub edənədək digər komandalardan danışmaq ayıbdır"

2 İyul 2022 13:20 Qəbələ 639
"Qəbələ"ni məğlub edənədək digər komandalardan danışmaq ayıbdır"

"İlk hədəfimiz Azərbaycan təmsilçisini məğlub etməkdir.

Hələlik bundan uzağa baxmağa dəyməz.

Bu rəqibi məğlub edənədək növbəti mərhələdəki komandaların keyfiyyətindən danışmaq ayıbdır".

Sportinfo.az xəbər verir ki, bunu Macarıstan "Fehervar"ınn baş məşqçisi Mixael Boris "Qəbələ"yə qarşı keçirəcəkləri Konfrans Liqasının II təsnifat mərhələsinin oyunları ilə bağlı "Nemzetisport"a müsahibəsində deyib.

47 yaşlı mütəxəssis iyulun 21-dək klub nümayəndələrindən birinin "qırmızı-qaralar"ı təhlil etmək üçün səfərə yollanacağını söyləyib:

"Əgər komanda oyunu göstərsək və heyətə xas keyfiyyət ortaya qoysaq, qalib gələcəyik. “Qəbələ”yə qarşı meydana hansı heyəti buraxacağımı indidən deyə bilmərəm.

Çünki milli komandalarda çıxış edən futbolçular düşərgəmizə yeni qoşulublar. Buna görə də, oyunçuların fiziki durumları bir-birindən fərqlidir.

“Qəbələ” ilə qarşılaşmanın heyətini formalaşdırmaq üçün üç həftə vaxtımız var".

"Qəbələ" "Fehervar"a qarşı ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu