"Qəbələ"nin yetirməsinə üç Premyer Liqa klubu "ELÇİ DÜŞDÜ"

28 İyun 2022 19:00 Qəbələ 2 370
"Qəbələ"nin yetirməsinə üç Premyer Liqa klubu "ELÇİ DÜŞDÜ"

Ötən mövsümü "Qəbələ"də keçirən Kamal Mirzəyevə üç klubdan təklif var.

Hər üç klub da Premyer Liqa təmsilçiləridir.

Söhbət paytaxt təmsilçisi "Səbail" və bölgə klubları olan "Kəpəz"lə "Şamaxı"dan gedir.

Mirzəyev yaxın günlərdə öz seçimini edəcək. O, daha çox oynayacağı komandaya keçməkdə maraqlıdır.

27 yaşlı yarımmüdafiəçi "Qəbələ"dən başqa ölkəmizdə AZAL, "Sumqayıt" və "Zirə"nin də şərəfin qoruyub.

Qəbələ Futbol Akademiyasının yetirməsi 2019/20 mövsümündə isə Küveytin "Al Salmiya" klubunda legioner həyatı yaşayıb. O, burada 26 matç keçirib, 2 qol və 5 asistlə yadda qalıb.

Mirzəyev Azərbaycanın U-19, U-21 və U-23 yığmalarının şərəfini də qoruyub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!