Avrokuboklara vəsiqə qazanan klubun pul problemi həllini tapdı

28 İyun 2022 17:40 Qəbələ 1 012
Avrokuboklara vəsiqə qazanan klubun pul problemi həllini tapdı

“Qəbələ” yaxınlarda üzləşdiyi problemi həll edə bilib.

Bu haqda Sportinfo.az-a klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, komanda iyulun 3-də Türkiyəyə yollanacaq və Boludakı “Termal” otelində məskunlaşacaq.

Ayın 13-dək davam edəcək hazırlıq çərçivəsində 2 yoxlama matçı keçiriləcək. İyulun 5-də Türkiyənin “Qaziantep”, 12-də Rumıniyanın “Çiksereda” klubu ilə qarşılaşacaqlar.

“Qırmızı-qartallar” qardaş ölkədən birbaşa Macarıstana yollanacaq və iyulun 22-də vətənə dönəcək.

Problem onda idi ki, “Qəbələ“ təyyarə biletlərinin və bron etdiyi otel pulunu ödəyə bilmirdi.

Hər iki tərəf bununla bağlı kluba xəbərdarlıq eləmişdi. Bölgə təmsilçisi AFFA və sponsorları ilə danışıqlar aparandan sonra lazım olan vasait toplanıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!