Legioner bu gün Bakıya gəlir, sabah “Qəbələ”yə qoşulur.

28 İyun 2022 16:40 Qəbələ 1 257
Legioner bu gün Bakıya gəlir, sabah “Qəbələ”yə qoşulur.

Ölkəmizi Avropa Konfrans Liqasında təmsil edəcək “Qəbələ” hələ də tam gücü ilə məşq edə bilmir.

Komandanın aparıcı legionerlərindən olan Stefan Vukçeviçlə Omar Hani kollektiv çalışmalara qoşulmayıb.

Monteneqrolu klubun irəli sürdüyü şərtləri qəbul etməkdə tələsmirsə, İordaniya U-23-nün üzvü klubla yeni sözləşməyə imza atıb.

“Qırmızı-qaralar” bir həftədir yay təlim-məşq toplanışına start verib. Omar məşqlərdə iştirak etmir.

Buna səbəb futbolçunun Elmar Baxşıyevdən bir neçə günlük icazə almasıdır. Haninin icazə müddəti bu gün başa çatır.

Odur ki, bu gün Bakıya gələcək “10 nömrə” sabah Qəbələyə yollanıb, kollektiv çalışmalara qoşulacaq.

Omar Hani 2021/22 mövsümündə Azərbaycan Premyer Liqasında və ölkə kubokunda “Qəbələ”nin heyətində keçirdiyi 25 oyunda 2 qol vurub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!