"Mən Azərbaycanda bunlara hörmət etməli idim"

27 İyun 2022 23:00 Qəbələ 927
"Mən Azərbaycanda bunlara hörmət etməli idim"

Ukrayna “Çernomorets”inin baş məşqçisi Roman Qriqorçuk sabiq klubu “Qəbələ”ni çalışdırdığı dönəmi xatırlayıb.

Sportinfo.az xəbər verir ki, o, Ukrayna mətbuatına müsahibəsində bununla bağlı deyib:

"Çernomoretsdən sonra Azərbaycana və Qazaxıstana səyahətlər başladı. 13 min əhalisi olan Qəbələ Azərbaycanın kiçik şəhəridir.

Burada komandann davamlı inkişaf və irəliləşlə ardıcıl və iki dəfə dörd təsnifat mərhələsindən keçərək Avropa Liqasının qrup mərhələsində oynamağı bacardıq, möhtəşəm illər keçirdik.

Deyə bilmərəm ki, haradasa yaxşı, haradasa pis idi. Bu, fərqli dünyagörüşləridir.

Xarici ölkədə uyğunlaşmaq, yerli insanlarla ünsiyyət qurmağın düzgün yolunu tapmaq böyük təcrübədir. Axı hər bir xalqın özünəməxsus xüsusiyyətləri var.

Bu baxımdan mən Azərbaycandakı fəaliyyətimə diqqət yetirmək istəyirəm. Müsəlmanlar üçün vacib olan Ramazan ayında oruc tutanda hamı, o cümlədən, futbolçular gün batana qədər bütün günü heç nə yeyib-içmir.

Bəs idmançı bütün günü yemək yeməsə, onun effektivliyi nə olacaq? Amma mən yerli adətlərə və dini baxışlara hörmət etməli idim”.

R.Qriqorçuk 2015-18-ci illərdə “Qəbələ”nin baş məşqçisi olub.

Digər Xəbərlər
Xəbər Lenti