AFFA bu şəxsi klubun yeni rəhbərliyinin başına gətirdi

27 İyun 2022 17:00 Qəbələ 1 609
AFFA bu şəxsi klubun yeni rəhbərliyinin başına gətirdi

“Şamaxı”nın Müşahidə Şurasının yeni sədri bilinib.

Zaur Axundov bu vəzifədə Elçin Usub əvəzləyib.

Hüquq sahəsində çalışan bu şəxs Vəkillər Kollegiyasının üzvü olmaqla yanaşı, futzal üzrə ölkə çempionatının ikinci liqasında çıxış edən “Advokat”ın rəhbəridir.

AFFA rəhbərliyinə yaxın birisidir. İllər öncə AFFA-nın Lisenziyalaşdırma Komissiyasında fəaliyyət göstərib. O, hüquq meyarı üzrə tələblərin yerinə yetirilməsinə nəzarət edib.

Z.Axundov iyunun əvvəlində “Şamaxı” ilə vidalaşıb. İş adamı vaxt azlığı səbəbindən klubla əlaqələrini dayandırıb.

Yeni təyinat isə Şamaxı İcra Hakimiyyəti tərəfindən dəstəklənib. Rayon rəhbəri Tahir Məmmədovun Elçin Usubla şəxsi münasibətlərinin yaxınlığı onları tanıyanlara sirr deyil.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı