“Qəbələ”nin hücumçusu deyir ki: “Məlumatım azdır”

27 İyun 2022 21:20 Qəbələ 771
“Qəbələ”nin hücumçusu deyir ki: “Məlumatım azdır”

"Hazırlığımız plana uyğun yaxşı keçir. Artıq digər oyunçularımız da məşqlərə qoşulub".

Bunu Sportinfo.az-a açıqlamasında komandasının Konfrans Liqasına hazırlığından söz açan "Qəbələ"nin hücumçusu Ülvi İsgəndərov deyib.

Bölgə klubu Konfran Liqaına ikinci təsnifat mərhələsindən start verəcək. Rəqib isə Macarıstanın "Fehervar" kollektividir.

İsgəndərov belə rəqiblə oyunda mərhələni keçə biləcəklərinə ümidini ifadə edib:

"Hələ ki, rəqibi analiz etməmişik. Çünki komanda şəklində tam deyilik. Bəzi oyunçularda komandaya yeni qoşulub.

Rəqib haqda məlumatım azdır. Sadəcə, yaxşı rəqib olduqların deyə bilərəm.

Ancaq mərhələni keçmək olar. Əlimizdən gələni edəcəyik ki, bu istəyimizə çataq".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti