"Neftçi"dən ayrılan forvardın bölgə klubuna keçidi baş tutmadı

26 İyun 2022 14:40 Qəbələ 2 260
"Neftçi"dən ayrılan forvardın bölgə klubuna keçidi baş tutmadı

Konfrans Liqasına hazırlaşan "Qəbələ" heyəti gücləndirmək yollarında axtarışları davam etdirir.

Bölgə klubu ən azı 2 futbolçu ilə güclənməyi planlaşdırır.

Danışıqların aparıldığı sonuncu futbolçu bizlərə tanış sima olan Ramon Maçado olub.

Amma arxada qalan mövsümü "Neftçi"də keçirən braziliyalı legionerlə razılıq əldə olunmayınca danışıqlar dayandırılıb.

31 yaşlı legioner forvard son mövsüm "Neftçi"nin heyətində meydana çıxdığı 28 matçda 7 qol və 5 asistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!