“Onu tanıya bilmədik, danışdıq ki, yollarımızı ayıraq”

25 İyun 2022 17:40 Qəbələ 1 418
“Onu tanıya bilmədik, danışdıq ki, yollarımızı ayıraq”

"Qəbələ"nin bu ilin əvvəlində heyətinə qatdığı Patrik Robson karyerasını Yaponiyada davam etdirəcək.

Bu barədə Sportinfo.az-a “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev bildirib.

Onun sözlərinə görə, qışda “Admira Vakker”dən icarəyə götürülmüş braziliyalı yarımmüdafiəçi ümidləri doğrultmayıb:

“Biz onu hələ ötən ilin yayında bura dəvət etmək istəyirdik. Onda Avstriyada qalmalı oldu,

Patriki Azərbaycana gətirmək üçün çox çalışdıq. Çünki ondan gözləntilərimiz həddən artıq çox idi. Patrik məşqlərdə əməlli-başlı “şou” göstərirdi.

Elə bil, Abdulla Zubirdir. Mən inanmıram ki, Zubirin meydandakı hərəkətlərini patrikdən başqa kimsə bacarar.

Amma gəl ki, o, potensialını çempionat oyunlarında göstərə bilmədi. Özü də çaşıb qalmışdı. Dəfələrlə söhbət etdik, dəstək olduq.

Əvvəl dedi ki, dil bilmirəm, adaptasiya prosesini çətin keçirəm. Sonra dedi ki, özüm də bilmirəm, niyə mənim oyunum burada alınmır.

Patrik yalnız portuqal və alman dillərini bilirdi. Bu dillərdə bizdə yalnız Rafael Utrix danışırdı.

Patrik məşqlərdə çox çalışırdı, oyuna çıxanda isə tamam başqa adam olurdu, tanıya bilmirdik. Ona görə də danışdıq ki, icarə müqaviləsinin son bir ili qüvvəyə minməsin, yollarımızı ayıraq.

Avstriya və Almaniyanın aşağı liqalarından təklifləri var idi. Meneceri ilə danışandan sonra Yaponiyaya getməyi lazım bildi”.

Digər Xəbərlər
Xəbər Lenti