Premyer Liqa klubu problemlə üzləşdi: Bilet və otel bron etdilər, ödəməyə pul tapmadılar

25 İyun 2022 09:40 Qəbələ 2 169
Premyer Liqa klubu problemlə üzləşdi: Bilet və otel bron etdilər, ödəməyə pul tapmadılar

“Qəbələ” iyunun 15-dən 2022/23 mövsümünün hazırlığına start verib.

“Qırmızı-qaralar” iyunun 30-dək davam edəcək doğma məkanda təlim-məşq toplanışı keçəcək.

Komanda iyulun 3-də Türkiyəyə yollanmalı, Boludakı “Termal” otelində məskunlaşmalıdır.

Ayın 13-dək davam edəcək hazırlıq çərçivəsində 2 yoxlama matçı keçirməlidirlər. İyulun 5-də Türkiyənin “Qaziantep”, 12-də Rumıniyanın “Çiksereda” klubu ilə qarşılaşacaqlar.

Hər halda günlər öncə açıqlanan plan belədir. Lakin bu səfərin baş tutması hazırda sual altındadır. Problem ondadır ki, “Qəbələ“ təyyarə biletlərinin və bron etdiyi otel pulunu ödəyə bilmir.

Hər iki tərəf bununla bağlı kluba xəbərdarlıq eləyib. Əyalət təmsilçisi qarşıdakı 2-3 gün ərzində tələb olunan vəsaiti tapmasa, otel və bilet qeydiyyatı ləğv ediləcək.

“Qəbələ“, əslində, AFFA-ya arxayın olub. Konfrans Liqasına hazırlığın əsas mərhələsini qardaş ölkədə keçməyi nəzərdə tutan “qırmızı-qaralar“, güman etmirmiş ki, federasiya onlara ayıracağı maliyyəni bu tarixədək yubadar.

Ötən mövsümün başa çatmasından 1 ay vaxt keçib, digər Premyer Liqa təmsilçiləri kimi, “Qəbələ“ də hələ bilmir ki, özünə düşən payı nə zaman alacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti