“Mən də “Qəbələ”yə kömək etmək üçün gəlmişəm”

24 İyun 2022 21:20 Qəbələ 1 284
“Mən də “Qəbələ”yə kömək etmək üçün gəlmişəm”

“Bu komanda son mövsümdə nəyə qadir olduğunu ortaya qoydu”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin yeni transferi Səlahət Ağayev deyib.

“Sabah”ı əyalət klubuna dəyişən və 1 illik müqavilə imzalayan “əlcək sahibi” əməkdaşımızın “Qəbələ”dəki çıxışından nə gözləyirsən və ya azarkeşlər səndən nə gözləsin” sualını bu cür cavablandırıb:

“Kənardan baxanlar da komandanın maraqlı və mübariz oyun sərgilədiyini deyirdi. Mən də bura kollektivə kömək etmək üçün gəlmişəm.

Əlimdən nə gəlirsə, ən yaxşısını etməyə çalışacam. İnşallah, avrokuboklarda, heç olmasa, iki mərhələ adlamağı bacararıq. Təki uyğun rəqiblər olsun”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"