"Hələ transfer bazarını tərk etməmişik, bizə iki legioner lazımdı"

23 İyun 2022 19:40 Qəbələ 1 002
"Hələ transfer bazarını tərk etməmişik, bizə iki legioner lazımdı"

«Biz hələ transfer bazarını tərk etməmişik».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qəbələ»nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Əyalət klubu bu yay Konfras Liqasında mübarizə aparacaq. «Qırmızı-qaralar» II təsnifat mərhələsində Macarıstan «Fehervar»ı ilə üz-üzə gələcək.

Premyer Liqanın ötən mövsümünün sürpriz iştirakçısı son həftələrdə 3 transfer edib. «Qəbələ»dən qapıçı Səlahət Ağayev, «Şamaxı»dan müdafiəçi İlkin Qırtımov və Felipe Santosla 1 illik müqavilə imzalanıb.

E.Baxşıyev azı daha 2 yeni legioner gətirmək istədiklərini bildirib:

«Mənə dayaq yarımmüdafiəçisi və hücumemeylli yarımmüdafiəçi lazımdır. Bu mövqelərə bir neçə namizəd var.

Onları gözdən keçiririk, hələ ortada razılıq yoxdur. İstərdim ki, komandaya yerli futbolçular da götürüm.

Ancaq bu dəqiqə beləsini tapmaq çətindir. Şamısının öz klubu ilə müqaviləsi var».

Digər Xəbərlər
Xəbər Lenti