"Qəbələ" macarları hansı məkanda qəbul edəcək? - AÇIQLAMA

24 İyun 2022 23:40 Qəbələ 1 058
"Qəbələ" macarları hansı məkanda qəbul edəcək? - AÇIQLAMA

Azərbaycan Premyer Liqasını 4-cü pillədə başa vuran "Qəbələ" ölkəmizi Konfrans Liqasında təmsil etmək hüququna yiyələnmiş oldu.

Burada rəqib Macarıstanın "Fehervar" klubudur. Komanda ilk matçını iyulun 21-i səfərdə keçirəcək. 1 həftə sonra isə rəqib cavab görüşü üçün ölkəmizə səfər edəcək.

Maraqlıdır, bəs "qırmızı qaralar" ev matçını hansı arenada keçirəcək?

Bilirik ki, avrokuboklar zamanı komanda adətən "Dalğa arena" və "Baksel arena"nın xidmətindən istifadə edib. Bəs macarlarla qarşılaşmanın harada keçirilməsi dəqiqləşibmi?

Əlaqə saxladığımız mətbuat xidmətinin rəhbəri Anar Hacıyev saytımıza açıqlamasında "Fehervar"la cavab qarşılaşmasının Qəbələ şəhər stadionunda keçiriləcəyinin dəqiqləşdiyini bildirib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı