Konfran Liqası öncəsi "Qəbələ"də ŞOK İTKİ

22 İyun 2022 14:20 Qəbələ 1 775
Konfran Liqası öncəsi "Qəbələ"də ŞOK İTKİ

Uzunmüddətli zədədən sonra yeni-yeni bərpa olunan Yaovi Akakpo yenidən narahatlıq keçirməsini və məşqləri buraxmasını xəbər vermişdik.

MRT olunan futbolçu heç də xoş olmayan cavab alıb. Belə ki, həkimlər legionerin əməliyyat olunmasını məsləhət biliblər.

O, bu gün klubla əməkdaşlıq edən “West Hospital” klinikasında əməliyyat olunacaq.

21 yaşlı toqolunun Konfrans Liqasına kimi hazır olub-olmayacağı hələ dəqiq deyil. Bu, əməliyyatdan sonrakı bərpa prosesindən asılı olacaq.

Yaovi Akakponun ötən mövsümün 4-cü turunda ciddi zədə alaraq əməliyyat olunduğunu və mövsümü başa vurduğunu bildirək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti