“Qəbələ”də qalmaq üçün rəhbərliyə şərtimi demişəm“

20 İyun 2022 17:40 Qəbələ 1 040
“Qəbələ”də qalmaq üçün rəhbərliyə şərtimi demişəm“

“Bundan sonra nə olacağını heç kim deyə bilməz“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Stefan Vukçeviç deyib.

Ötən iki mövsümü “Qəbələ“də keçirmiş monteneqrolu yarımmüdafiəçi hələ yeni müqavilə bağlamayıb.

Maraqlıdır, klub rəhbərliyi şərtləri ilə razılaşmayacağı halda, Vukçeviç nə edəcək? Nə vaxta kimi gözləmək niyyətindədir?

Balkanlı legioneri dinləyək: “Söylədiyim kimi, “Qəbələ”də qalmaq istəyirəm və bu barədə rəhbərliklə söhbətimiz olub.

Yeni müqavilə ilə bağlı şərtləri müzakirə etmişik. İndi əsas söz rəhbərliyindir. Azərbaycandan cavab gözləyirəm”.

Stefan Vukçeviç “Qəbələ”də oynadığı müddətdə 58 oyunda 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"