Əcnəbi futbolçudan “Qəbələ”ni üzən durum

18 İyun 2022 16:00 Qəbələ 1 227
Əcnəbi futbolçudan “Qəbələ”ni üzən durum

Konfrans Liqasına hazırlaşan “Qəbələ”də məşqçilər korpusunu üzən durum yaşanıb.

Belə ki, uzunmüddətli zədədən sonra yeni-yeni bərpa olunan Yaovi Akakpo növbəti dəfə narahatlıq yaradıb.

Fərdi məşqə çıxan toqolu ayağında ağrıların olduğunu bildirib. Bu səbəbdən afrikalı legioner hələ komanda ilə hazırlığa qoşula bilmir.

21 yaşlı yarımmüdafiəçi bu gün MRT olunacaq. Yalnız ondan sonra toqolunun yekun durumuna aydınlıq gələcək.

Yaovi Akakponun ötən mövsümün 4-cü turunda ciddi zədə alaraq əməliyyat olunduğunu və mövsümü başa vurduğunu bildirək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"