Razı saldılar, Azərbaycan klubundan getmədi

18 İyun 2022 14:00 Qəbələ 1 863
Razı saldılar, Azərbaycan klubundan getmədi

Ötən ilin sentyabrından “Qəbələ”nin formasını geyinən Omar Hani gələn mövsümü də burada keçirəcək.

Bu barədə Sportinfo.az-a əyalət təmsilçisindən məlumat verilib.

Bildirilib ki, iordaniyalı legionerlə bağlanmış 1+1 illik müqavilənin ikinci hissəsi qüvvəyə minib. “Qırmızı-qaralar” aylıq ödənişləri artırmaq şərti ilə 23 yaşlı cinah yarımmüdafiəçisini karyerasını Azərbaycanda davam etdirməyə razı salıb.

Peşəkar karyerasına vətənində başlayan Omarın ilk klubu "Əl-Faysali" olub. 2019-cu ildə Kipr təmsilçisi APOEL-ə keçib.

2019-21-ci illərdə bu komandanın şərəfini qoruyan Hani 2020-21-ci illərdə icarə əsasında Nikosiya “Olimpiakos”sunda da çıxış edib.

İordaniyanın U-19 və U-23 komandalarının formasını geyinmiş yarımmüdafiəçi əsas yığmada 1 oyun keçirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti