“Tanıyırıq, keyfiyyəti var, bacarıqlıdır, seçilir, gözləntilərimiz böyükdür”

17 İyun 2022 17:00 Qəbələ 1 095
“Tanıyırıq, keyfiyyəti var, bacarıqlıdır, seçilir, gözləntilərimiz böyükdür”

“O, tanıdığımız oyunçudur və düşünürəm ki, keyfiyyəti ilə komandaya güc qatacaq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin baş məşqçisi Elmar baxşıyev deyib.

Bunadək İlkin Qırtımov və Səlahət Ağayevi heyətinə qatan əyalət təmsilçisi son olaraq Felipe Santosu düşərgəsinə gətirib.

“Qırmızı-qaralar” 25 yaşlı braziliyalı ilə 1+1 illik müqavilə imzalanıb. Ötən mövsümü “Şamaxı”da keçirən “sambaçı” Azərbaycan Premyer Liqasında 21 oyunda 6 qol vurub.

O, bunadək Braziliyada “Paulista” (2014-2016), Sloveniyada “Ankaran Hrvatini” (2017-2018) və “Maribor”da (2018-2021) çıxış edib.

E.Baxşıyevi dinləyək:

“Felipenin necə yaxşı futbolçu olduğunu “Şamaxı”da gördük. Təcrübəli və bacarıqlıdır. Həm sürəti, həm də topla rəftarı ilə seçilir. Ondan gözləntilərimiz böyükdür”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!