"Qəbələ" ilə anlaşan braziliyalının bu sözləri maraqla qarşılandı: "Allah məni qorusun"

17 İyun 2022 13:20 Qəbələ 1 036
"Qəbələ" ilə anlaşan braziliyalının bu sözləri maraqla qarşılandı: "Allah məni qorusun"

"Qəbələ"nin yeni transferi Felipe Santos "qırmızı-qaralar"a keçidi ilə bağlı İnstaqram hesabında paylaşım edib.

Sportinfo.az xəbər verir ki, braziliyalı vingeri bunları yazıb:

"Yeni çağırışa görə həm xoşbəxtəm, həm də motivasiyalı. Möhtəşəm mövsüm olsun. Allah məni qorusun".

"Keşlə"nin (İndiki "Şamaxı") sabiq futbolçusu "Qəbələ" ilə 1+1 illik şərtlə müqavilə imzalayıb.

25 yaşlı "sambaçı" ötən mövsüm Azərbaycan Premyer Liqasında 21 oyunda 6 qol vurub.

O, bunadək Braziliyada “Paulista” (2014-2016), Sloveniyada “Ankaran Hrvatini” (2017-2018) və “Maribor”da (2018-2021) çıxış edib.

“Qəbələ” bunadək İlkin Qırtımov və Səlahət Ağayevi heyətinə qatıb.

Digər Xəbərlər
Xəbər Lenti