"Qəbələ"nin danışıq apardığı ispaniyalıdan YENİ XƏBƏR

19 İyun 2022 19:00 Qəbələ 1 337
"Qəbələ"nin danışıq apardığı ispaniyalıdan YENİ XƏBƏR

Ötən mövsümü "Qəbələ" keçirən ispaniyalı Fernan Lopesi yeni müqavilə üçün heç cür razı salmaq olmur.

Bölgə klubu hələ də danışıqlara ara vermədiyi futbolçudan ində də ağıla gəlməz yeni cavab alıb.

Belə ki, legioner yarımmüdafiəçi karyerasını bitirməyi düşünür. Bu, heç də Lopesin ciddi zədəli olması ilə bağlı deyil.

Qəribə xasiyyətə sahib futbolçu özünü başqa sahədə sınamaq fikrinə düşüb. 27 yaşlı yarımmüdafiəçinin hüquq sahəsi üzrə təhsili olduğunu bildirək.

Bu cavab "Qırmızı-qaralar"ın çalışdırıcısı Elmar Baxşıyev olan-qalan ümidlərinin də üzərindən xətt çəkmiş olub.

Ancaq unutmayaq ki, ötən mövsümün əvvəli də eyni mənzərə yaranmış və mövsümün startından 2 ay sonra Fernan "Qəbələ"nin düşərgəsinə qatılmağa razılıq vermişdi. Yəni oxşar gedişat yeni mövsüm ərəfəsində də qaçılmazdır.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti