“Qəbələ”də “yarpaq tökümü”: Ayrılan 4-cü futbolçu yerli oldu

16 İyun 2022 17:20 Qəbələ 1 447
“Qəbələ”də “yarpaq tökümü”: Ayrılan 4-cü futbolçu yerli oldu

“Qəbələ”dən ayrılan futbolçuların sayı 4-ə çatıb. Nicat Mehbalıyev, Fernan Lopes və Ehtiraç Şahverdiyevdən sonra Kamal Mirzəyev düşərgəni tərk edib.

Əyalət klubu 28 yaşlı yarımmüdafiəçinin müqaviləsini yeniləməyib.

“Qəbələ”nin yetirməsi olan Mirzəyev 2 il öncə Küveytdə - "Əl-Salmiya"da çıxış edib.

2020-ci ilin yayında geri qayıdıb, başa çatan mövsümdə isə 6 rəsmi matçda meydana çıxıb.

Elmar Baxşıyevin etimadını doğrultmayan oyunçu “Kəpəz” və “Turan Tovuz”un transfer siyahısında yer alıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti