Əvvəlkindən iki dəfə çox maaş tələb etdi, geri dönməkdən imtina etdi

16 İyun 2022 13:00 Qəbələ 1 624
Əvvəlkindən iki dəfə çox maaş tələb etdi, geri dönməkdən imtina etdi

"Qəbələ" dünən yeni mövsümün hazırlıqlarına start verib.

Legionerlər önümüzdəki 2 gün ərzində düşərgəyə qoşulacaq.

Onlardan Fernan Lopesin bu sırada yer almayacağı daha öncə məlum olmuşdusa, indi Stefan Vukçeviç də ispaniyalıya qoşulub.

Monteneqrolu yarımmüdafiəçi klubun yeni müqavilə şərtlərini qəbul etməyib. Son iki mövsümdə əyalət təmsilçisinin formasını geyinmiş balkanlı aylıq qazancının 5000 dollara qaldırılmasından narazı qalıb.

Hərçənd Vukçeviçin ötən mövsüm əməkhaqısı cəmi 3500 dollar olub.

O, məvacibinin ikiqat artırılmasını - 7000 dollara çatdırılmasını istəyib və şərtinin qəbul olunmayacağı halda, Azərbaycana dönməyəcəyini bildirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti