“Onların arasında şəxsi problemim olan kimsə yoxdur”

15 İyun 2022 19:40 Qəbələ 780
“Onların arasında şəxsi problemim olan kimsə yoxdur”

İlkin Qırtımovun “Şamaxı”dan “Qəbələ”yə keçidi yerli fanatlar tərəfindən heç də xoş qarşılanmadı.

Belə ki, əksər tərəfdarlar klubun "feysbuk" səhifəsində yeni transfer barədə mənfi rəylər yazması ilə diqqət çəkib.

Müdafiəçi Sportinfo.az-a açıqlamasında başverənlərə belə izah verib:

"Bəzi fanatlar haqqımda mənfi rəylər yazdı. Açığı, niyəsini özüm də bilmirəm. Amma onların arasında şəxsi problemim olan kimsə yoxdur.

Bu, azarkeş kimi onların şəxsi fikirləridir və mən də hörmətlə qarşılayıram. Futbolda olan hallardır. Bir futbolçunu hər kəs sevə bilməz

. Bəlkə də "Şamaxı"da yaşadığımız uğursuz çıxış da bunda rol oynadı. İnşallah, yaxşı oyunumuz və qələbəmizlə mənfi fikirləri müsbətə dəyişərik".

Digər Xəbərlər
Xəbər Lenti