“Qəbələ“nin “oylağı“ 73 milyon manata satışa çıxarıldı

15 İyun 2022 14:00 Qəbələ 1 444
“Qəbələ“nin “oylağı“ 73 milyon manata satışa çıxarıldı

“Qəbələ“nin xidmətindən uzun müddət pulsuz yararlandığı “Qafqaz Baku City Hotel” satışa çıxarılıb.

Elan saytlarının birində hotelin satış qiyməti 73 milyon manat göstərilib.

Bakıda məşhur hotellərdən olan bu kompleks “Qəbələ“nin təsisçisi olan “Gilan Holdinq”in tərkibindədir. Tbilisi prospektində yerləşən 18 mərtəbəli otelə 317 otaq, 9 yüksək komfortlu mənzil daxildir.

Bura giriş 2 ilə yaxın idi ki, məhdudlaşdırılmışdı. Otel əsasən koronavirus xəstələri üçün modul tipli xəstəxanaya çevrilmişdi. Ölkə xaricindən gələnlər sözügedən məkanda karantinə alınırdı.

Bu müddətdə “Qafqaz Baku City Hotel” öz qapılarını “Qəbələ“lilərin üzünə də bağlanmışdı. Klubun futbolçularını burada yerləşdirməsi problemə çevrilmişdi - onlardan pul istənilirdi.

Eyni vəziyyət Qəbələnin özündədir. “Gilan“a məxsus otellərin çoxu “əl dəyişib“ və “qırmızı-qaralar“a pulsuz xidmət göstərməkdən imtina edib.

Komandanın doğma şəhərdən uzaq düşməsinin əsas səbəblərindən biri də budur. Kollektiv rayona dönəndə holdinqin adını daşıyan oteldə qalır, buranın da şəraiti yaxşı deyil. Odur ki, klub legionerlərinə Bakıda kirayə ev tutub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti