Sevgilisinə qulaq asdı, Azərbaycan klubuna dönməkdən imtina etdi

15 İyun 2022 09:40 Qəbələ 790
Sevgilisinə qulaq asdı, Azərbaycan klubuna dönməkdən imtina etdi

«Qəbələ» bu gün yeni mövsümün hazırlıqlarına start verəcək.

Cari ilin əvvəlində komandaya qayıtmış Frnan Lopes düşərgəyə gəlməyəcək.

İspaniyalı yarımmüdafiəçi bu dəfə birdəfəlik «qırmızı-qaralar»ı tərk edib. Sevgilisi ilə məsləhətləşən legioner Azərbaycana dönməyi lazım bilməyib.

Bu barədə Sportinfo.az-a baş məşqçi Elmar Baxşıyev bildirib.

Sitat: "Biz Fernanı saxlamaq istəyirik, yeni təklifimizi də ona etmişəm. Amma o, qətiyyən ümidverici nəsə demir.

Yalnız onu bildirir ki, yaxşı təklif gözləyirəm. Deyəsən, yenidən Polşada, ya da Avropanın başqa bir ölkəsində çıxış etmək istəyir.

Bilirsiz ki, o, bura "Yagelloniya"dan gəlmişdi. Ola bilsin, ailəsi onun qərarına təsir edib. Özü əvvəl belə demirdi, burada olmaqdan razı idi".

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu