"Qəbələ"nin 10 gün vaxtı var - Türkiyə və Rumıniya klubları ilə...

14 İyun 2022 23:00 Qəbələ 867
"Qəbələ"nin 10 gün vaxtı var - Türkiyə və Rumıniya klubları ilə...

“Qəbələ” 2022/2023 mövsümünün hazırlığına iyunun 15-də start verəcək.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Qəbələdə bir araya gələcək.

İyunun 30-dək davam edəcək təlim-məşq toplanışında bir yoxlama oyununun keçirilməsi planlaşdırılır.

Elmar Baxşıyevin baş məşqçi olduğu komanda iyulun 3-də Türkiyəyə yollanacaq. Əyalət klubu Boludakı “Termal” otelində məskunlaşacaq.

Ayın 13-dək davam edəcək hazırlıq prosesində 2 yoxlama matçı baş tutacaq. “Qəbələ” iyulun 5-də Türkiyənin “Qaziantep”, iyulun 12-də Rumıniyanın “Çiksereda” klubu ilə qarşılaşacaq.

Komandanın yeni mövsümə hazırlıq prosesinin növbəti bölümü UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin sabah təşkil olunacaq püşkatmasına əsasən müəyyənləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti