"Qəbələ" 3 müqavilə üçün üç dəfə artıq xərcə düşdü

14 İyun 2022 15:00 Qəbələ 1 149
"Qəbələ" 3 müqavilə üçün üç dəfə artıq xərcə düşdü

“Qəbələ” daha üç futbolçusu ilə müqavilə müddətini uzadıb.

Asif Məmmədov, Murad Musayev və Urfan Abbasovla anlaşmalar yenilənib.

Bu sözləşmələr 1 il müddətinə nəzərdə tutulub. Kontraktları 2021/22 mövsümünün sonunda başa çatan oyunçular 2023-cü ilin yayına qədər “qırmızı-qara” formanı geyinəcəklər.

Abbasov “Qəbələ”nin heyətində Premyer Liqada 203 (4 qol), Məmmədov 152 (13 qol), Musayev 60 (2 qol) oyun keçirib.

“Qəbələ” daha öncə Ruan Renato, İsnik Alimi, Kristof Atanqana və Yaovi Akakpo ilə anlaşmanı bir il müddətinə uzadıb.

“Qəbələ” Asifi əvvəlki şərtlərlə düşərgəsində saxlayıbsa, Murad və Ürfanın əməkhaqqısı ötən mövsümlə müqayisədə xeyli artıb.

Əyalət təmsilçisi onların hər birinə 50-60 min manat civarında 10 aylıq ödəmə edəcək. Musayevlə Abbasovun başa çatan sezonda 1500-2000 manat civarında məvacib almasını xatırladaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti