Premyer Liqa iki futbolçusu ilə vidalaşmalı oldu

14 İyun 2022 02:20 Qəbələ 1 294
Premyer Liqa iki futbolçusu ilə vidalaşmalı oldu

"Qəbələ” iki futbolçu ilə yollarını ayırıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qapıçı Nicat Mehbalıyev və yarımmüdafiəçi Ehtiram Şahverdiyev 2022-2023-cü illər mövsümündən “qırmızı-qara” formada çıxış etməyəcək.

2021-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyan Nicatın icarə müddəti başa çatıb. O, 2021-2022-ci illər mövsümündə “qırmızı-qaralar”ın heyətində 28 oyun keçirib.

Ehtiramla başa çatan müqavilənin müddəti uzadılmayıb. “Qəbələ”də 2015-2016-cı illər mövsümündə debüt edən futbolçu əsas komandada ümumilikdə 42 matç (1 qol) keçirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti