“Mən onun “Qəbələ”də qalmasını istəyirəm”

13 İyun 2022 23:00 Qəbələ 1 018
“Mən onun “Qəbələ”də qalmasını istəyirəm”

“Nicat Mehbalıyevlə bağlı məsələ bizdən asılı deyil”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Onun bildirdiyinə görə, bu mövsüm icarə əsasında komandanın formasını geyinən qapıçı geri qayıdıb:

“Onun Qəbələ” ilə anlaşması başa çatdı, artıq “Sabah”ın oyunçusudur. İndi son söz onlarındır.

Hazırda klublar arasında danışıqlar gedir. Yəqin ki, ən qısa zamanda bilinəcək.

Nicat mövsümboyu güvəndiyim futbolçulardan olub və onunla işləmək xoşdur. Baş məşqçi kimi “Qəbələ”də qalmasını istəyirəm”.

Digər Xəbərlər
Xəbər Lenti