“Qəbələ” avrokuboklara vəsiqə qazandı, legioneri özünü bu hala saldı - FOTOLAR

12 İyun 2022 16:40 Qəbələ 1 343
“Qəbələ” avrokuboklara vəsiqə qazandı, legioneri özünü bu hala saldı - FOTOLAR

Mövsümün başa çatması ilə əlaqədar yaranmış fasilədən hərə bir cür yararlanmağa çalışır.

Biri xarici ölkədə istirahəti vacib sayır, digəri vaxtını biznes qurmağa həsr edir, bir başqası vaxtını əsasən özünə ayırır.

“Qəbələ”li Rafael Utrix kimi.

Tatu həvəskarı olan braziliyalı futbolçu bədənini növbəti döymə ilə bəzəyib. İndiyə qədər boynundakı və qollarındakı şəkillərlə diqqət çəkən Rafael bundan sonra kürəyindəki tatu ilə maraq kəsb edəcək.

O, ölkəsində tanınmış tatu ustalarından olan Luan Raçelldən belinə şir şəklini həkk etdirməsini xahiş edib ki, usta futbolçu müştərisinin xahişini yerə salmayıb.

Xeyli zaman alan zəhmətin sonunda kifayət qədər maraqlı əl işi alınıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı