Azərbaycan klubunda ilk legioner ayrılığı – Azərbaycanda oynamaq istəmir

10 İyun 2022 22:40 Qəbələ 2 826
Azərbaycan klubunda ilk legioner ayrılığı – Azərbaycanda oynamaq istəmir

“Qəbələ” heyətini gücləndirmək yönündə çalışmalarını davam etdirir.

Hələ ki, İlkin Qırtımovla Səlahət Ağayevi heyətinə qatan bölgə təmsilçisi komandada çıxış etmiş legionerlərlə yeni anlaşmanın əldə olunmasına çalışır.

Ruan Renato, İsnik Alimi, Rafel Utziq, Kristof Atanqana, Yaovi Akakpo kimi əcnəbilərin növbəti mövsümdə qırmızı-qara formanı geyinəcəyi dəqiqləşib.

İndi sıra Omar Hani, Stefan Vukçeviç və Fernan Lopesindir.

“Qəbələ”nin Konfrans Liqasına vəsiqə qazanmasında əsas pay sahiblərindən olan “3-lük” baş məşqçi Elmar Baxşıyevin yenidən sərəncamında görmək istədiyi oyunçulardır.

Klubdan əldə etdiyimiz son məlumata görə, Omarla ümumi razılıq əldə olunub. Omanlı vinger növbəti mövsümü də Azərbaycanda keçirəcək.

Stefan da “Qəbələ”də qalmaqda maraqlıdır. Onunla da bir çox məsələlərdə razılıq əldə olunub.

Bu həftənin sonuna qədər müqaviləsinin müddəti artırılmış futbolçu kimi ictimaiyyətə təqdim olunacaq.

Yalnız Fernan Lopesin məsələsi açıq qalıb ki, bəstəboy ispan özünə yeni iş yeri axtarır.

“Qəbələ”nin təklifini arxa plana keçirən Fernanla yeni sözləşmə imzalanacağı inandırıcı deyil. Klub rəsmiləri onun yerinə yeni namizədləri gözdən keçirir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!