Azərbaycan klubu sponsordan MÜJDƏLİ XƏBƏR aldı – İcazə verildi

9 İyun 2022 21:00 Qəbələ 2 067
Azərbaycan klubu sponsordan MÜJDƏLİ XƏBƏR aldı – İcazə verildi

“Qəbələ” yay hazırlığına iyunun 15-də start verəcək.

Bu tarixdə komanda üzvlərinin Qəbələdə bir araya gəlməsi nəzərdə tutulub.

Yalnız hansısa legioner(lər)də 2-3 günlük yubanma ola bilər ki, bu da viza probleminə görə.

“Qırmızı-qaralar” iyunun sonuna qədər – 2 həftəlik toplanışı Qəbələdə keçməyi planlaşdırır. Bu müddətdə diqqət əsasən fiziki hazırlığa yönələcək,

baş məşqçi Elmar Baxşıyev komandasını ikitərəfli oyunda iş başında görəcək.

“Qəbələ”, nəhayət, sponsorlardan gözlədiyi müjdəli xəbəri alıb. Hazırlığın ikinci mərhələsini ölkə xaricində keçmək istəyən komandaya “yuxarıdan” “yaşıl işıq” yandırılıb.

Daha doğrusu, rəhbərlikdən məşqçilər heyətinə Türkiyə toplanışının baş tutacağına dair mesaj göndərilib.

Son anda planda hansısa dəyişiklik olmasa, bölgə təmsilçisi iyulun 3-də Türkiyəyə yola düşəcək. Ayın 14-nə qədər Boluda məskunlaşacaq qəbələlilər 2 yoldaşlıq görüşündə qüvvəsini sınamaq niyyətindədir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti