Bölgə klubu növbəti ayrılığın ASTANASINDA

9 İyun 2022 23:20 Qəbələ 1 438
Bölgə klubu növbəti ayrılığın ASTANASINDA

Nicat Mehbalıyevdən sonra daha bir futbolçu "Qəbələ"ni tərk etməyə hazırlaşır.

Söhbət "Qəbələ"nin yarımmüdafiəçisi Ehtiram Şahverdiyevdən gedir.

25 yaşlı futbolçuya "Turan Tovuz"dan daha yaxşı şərtlərlə təklif gəlib. Getməyi düşünən futbolçuya yəqin ki, "ağ qaralar" maneə yaratmayacaq.

"Qəbələ"nin yetirməsi olan Ehtiram karyerası ərzində "Sumqayıt" və "Qəbələ"nin formasın geyinib. O, son mövsüm Premyer Liqada 13 oyunda meydana çıxıb və 1 qolla yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti