Səlahətin "Qəbələ"ni seçməsində bu şəxslərin rolu olub

9 İyun 2022 19:00 Qəbələ 1 254
Səlahətin "Qəbələ"ni seçməsində bu şəxslərin rolu olub

İlkin Qırtımovdan sonra "Qəbələ"nin ikinci transferi Səlahət Ağayev oldu.

Nicat Mehbalıyevin icarə müqaviləsi başa çatdığından "Sabah"a dönən istedadlı qolkiperi bundan sonra Səlahət əvəzləyəcək.

Karyerasıboyu əsasən paytaxt təmsilçilərinin şərəfini qoruyan milli üzvü karyerası ərzində ilk dəfə bölgə komandasının uğurları üçün tər tökəcək.

Bu da səbəbsiz deyil. Ağayev Sportinfo.az-a açıqlamasında "Qəbələ"ni seçməsinin səbəbini söyləyib:

"Seçimimdə əsas səbəblərdən biri "Qəbələ"nin avrokuboklarda mübarizə aparmasıdır. Bacardığımız qədər uğurlu olmağa çalışacağıq.

Təkliflərin arasında "Qəbələ"nin şərtləri daha cəlbedici oldu.Digər məqam isə komandada dostluq etdiyim iki şəxsin - Asif Məmmədovla məşqçi Rasim Ramaldanovun olmasıdır.

Ümumiyyətlə, "Qəbələ" mənə yad komanda deyil. Oradakı məşqşi və futbolçularla yaxşı əlaqəm var".

Səlahət Ağayev karyerası ərzində "İnter" (indiki "Şamaxı", "Sumqayıt", "Neftçi" və "Sabah"ın şərəfini qoruyub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”