“Ailədaxili məsələlərə görə hələ bizə son sözünü deməyib”

8 İyun 2022 15:00 Qəbələ 1 029
“Ailədaxili məsələlərə görə hələ bizə son sözünü deməyib”

“Biz onun burada qalmasını istəyirik, təklifimizi də etmişik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Fernan Lopes «Qəbələ»də qalıb-qalmayacağına hələ qərar verməyib.

Bu ilin əvvəlində keçmiş klubuna dönən 26 yaşlı ispaniyalı yarımmüdafiəçinin mövsümün sonuna qədər nəzərdə tutulmuş müqaviləsi başa çatıb.

Legionerə birillik yeni sözləşmə təklif olunub, o isə bir müddət gözləməyi xahiş edib.

İş ondadır ki, Fernanın sevgilisi onun karyerasını Avropada davam elətdirməsini istəyir. Orta sahə oyunçusu onunla məsləhətləşdikdən sonra yekun sözünü deyəcək.

Fernan 2019/20 mövsümündə də “Qəbələ”nin heyətində çıxış edib. O, burada keçirdiyi 22 oyunda 3 qol vurub. “Selta”nin yetirməsi 2011-14-cü illərdə bu klubun B komandasında oynayıb.

O, karyerası ərzində “Kompostela”, “Çoko”, “Ximnastika Seqoviana” və, “Barakaldo”nın da formasını geyinib.

2020/21 mövsümündə “Yagelloniya”da çıxış edib. Polşa təmsilçisində 11 matçda şans qazanıb.

E.Baxşıyev: “Fernan ailədaxili məsələlərə görə hələ bizə son sözünü deməyib. Deyəsən, yaxınları ilə məsləhətləşir.

Bilmirəm, bəlkə də başqa təklifləri var. Yaxın günlərdə ondan cavab gəlməlidir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti