“Qəbələ”də oynamaq istəyirəm” – Azərbaycandan cavab gözləyən legioner

7 İyun 2022 20:40 Qəbələ 1 249
“Qəbələ”də oynamaq istəyirəm” – Azərbaycandan cavab gözləyən legioner

“Qəbələ”də oynamaq hər zaman ürəyimcə olub və bundan sonra da komandanın sıralarında olmaq istəyirəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında son 2 ildə bölgə təmsilçisinin şərəfini qoruyan Stefan Vukçeviç “Qəbələ”dəki gələcəyi haqda danışarkən deyib.

Komandanın baş məşqçisi Elmar Baxşıyev monteneqrolu yarımmüdafiəçinin xidmətində maraqlıdır və onunla yeni anlaşmanın əldə olunmasını istəyir.

Di gəl, Stefan klubun təklif etdiyi maliyyə şərtləri ilə razılaşmır. O, öncəki maaşından təxminən 2 dəfə çox - 6 min dollar tələb edir.

Stefan Vukçeviç “Qəbələ”də oynadığı müddətdə 58 oyunda 2 qol vurub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!