“Qəbələ”dən gələn təklifi qəbul edəndə, heç bir tərəddüd keçirmədim"

7 İyun 2022 16:40 Qəbələ 1 125
“Qəbələ”dən gələn təklifi qəbul edəndə, heç bir tərəddüd keçirmədim"

"Qəbələ"nin yay fasiləsində etdiyi ilk transferi - İlkin Qırtımov Sportinfo.az-a açıqlama verib.

“Şamaxı”dan gələn müdafiəçi “qırmızı-qaralar”ı seçməsinin səbəbini deyib

"Qəbələ" simpatiyam olan klubdur. İki il əvvəl də bu kluba keçidim müzakirə olunsa da, həmin vaxt qismət olmamışdı. Rəhbərlik və məşqçilər heyəti kollektivdə yaxşı ab-hava yaradıb.

Bundan başqa, tanıdığım futbolçular da burada çoxdur. Hər biri əvvəl də mənə oradakı komanda ruhundan ürəkdolusu danışırdılar.

Ona görə də qərar verməkdə heç bir tərəddüd keçirmədim".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti