“Qəbələ”nin yolunu gözlədiyi legioner “Sportinfo“ya dedi ki..

5 İyun 2022 23:00 Qəbələ 1 126
“Qəbələ”nin yolunu gözlədiyi legioner “Sportinfo“ya dedi ki..

“Elmar Baxşıyev çox yaxşı məşqçidir. Həm məşqçi kimi savadı var, həm insani keyfiyyətləri yüksəkdir.

“Qəbələ” bu gedişlə onunla daha yaxşı uğurlar əldə edəcək”.

Bu sözləri son 2 mövsümü “Qəbələ”də keçirmiş Stefan Vukçeviç Sportinfo.az-a açıqlamasında deyib.

Mövsüm başa çatandan sonra bölgə təmsilçisini tərk edib vətəni Monteneqroya yollanan yarımmüdafiəçi “Qəbələ”nin yeni müqavilə şərtlərinə “hə” deməyib.

Komanda iyunun 15-də bir araya gələcək. Lakin digər legionerlərdən fərqli olaraq Stefanın karyerasını qırmızı-qara formada davam etdirib-etdirməyəcəyi bilinmir.

O, Konfrans Liqasına vəsiqə qazandığı komanda ilə bağlı fikirlərinə bu cür davam edib:

“Azərbaycanda olduğum müddətdə özümü evimdəki kimi hiss etmişəm. Bakıda, yaxud Qəbələdə - fərq etmir.

Və bütün komanda yoldaşlarım Azərbaycanda necə xoşbəxt olduğumu bilir.

İndiyə qədər heç kimlə problemim olmayıb. Hazırda aramızda danışıq gedir. İstənilən halda, “Qəbələ”yə və Elmar Baxşıyevə uğurlar arzulayıram”.

Stefan Vukçeviç “Qəbələ”də oynadığı müddətdə 58 oyunda 2 qol vurub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"