“Komandamız üçün vacib transferdir, bizi gücləndirəcək”

4 İyun 2022 22:20 Qəbələ 1 029
“Komandamız üçün vacib transferdir, bizi gücləndirəcək”

“O, bəyəndiyimiz futbolçulardan biri idi və düşünürəm ki, komandamızı gücləndirəcək”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Konfrans Liqasında iştirak edəcək “Qəbələ” mövsümlərarası fasilə dövründə ikinci transferini gerçəkləşdirib.

İlkin Qırtımovun ardından Azərbaycan millisinin qapıçısı Səlahət Ağayevlə 1 illik müqavilə imzalanıb.

31 yaşlı qolkiper 2021-2022-ci illər mövsümünü "Sabah"da keçirib. Qapıçı bunadək Premyer Liqada “İnter” (2008-2015, 2016-2017), MOİK (2011, icarədə), “Sumqayıt” (2012-2013, icarədə, 2016) və “Neftçi”nin (2017-2021) formasını geyinib.

2010-cu ildə Azərbaycan millisinin heyətində debüt edən kiper yığmada 21 oyuna çıxıb.

Baxşıyev onun təcrübəsinə böyük ümid bəslədiyini söyləyib: “Səlahət özünü təsdiqləmiş qapıçıdır. Həmişə iddialı klublarda forma geyinib.

“Qəbələ”yə də daydalı olacağına şübhəm yoxdur. Biz istəyirdik ki, Nicat Mehbalıyevi də komandada saxlayaq.

Bilirsiz ki, o, “Sabah”a məxsusdur və bizdə icarə əsasında çıxış edirdi. Nicatın “Qəbələ”də qalıb-qalmayacağı son ana kimi bilinmirdi.

Odur ki, Səlahətə “Sabah”la müqaviləsi bitən kimi təklif göndərdik, o da şərtlərimizi qəbul etdi. Komandamız üçün vacib transferdir”.

Digər Xəbərlər
Xəbər Lenti