Yaponiya klubu Azərbaycana gələn hücumçuya təklif göndərdi

2 İyun 2022 17:40 Qəbələ 1 271
Yaponiya klubu Azərbaycana gələn hücumçuya təklif göndərdi

Azərbaycanda karyerası alınmayan Patrik Robson de Souza Monteyro hazırda Bakıdadır.

Digər legionerlərdən fərqli olaraq, braziliyalı hələ də ölkəsinə qayıtmayıb.

“Qəbələ” mövsümün ikinci yarısında sıralarına qatdığı “sambaçı” ilə yolları ayırmağı qərara alıb.

Adıçəkilən hücumçunu “Admira”dan (Avstriya) icarəyə götürən “qırmızı-qaralar” onunla 1,5 illik müqavilə imzalamışdı.

“Amerika” (Rio-de-Janeyro), “Bonsusesso”, “Friburquense”nin yeniyetmə və gənclərdən ibarət komandalarında çıxış etmiş 24 yaşlı vinger peşəkar karyerasına Avstriyada başlayıb.

2020/21 mövsümündə “Horn”da çıxış edən forvard ötən ilin yayında “Admira”ya keçib.

Cənubi amerikalı legioner burada ümidləri doğrultmadı. Şans qazandığı oyunların heç birində özünü göstərə bilməyən “sambaçı” anlaşmanın qarşılıqlı razılaşma əsasında pozulmasına razılaşıb.

Indi o, 3 ölkədən gələn təklifləri gözldən keçirir və hansı ilə anlaşarsa, Azərbaycandan birbaşa ora yollanacaq. Patrikin müştəriləri siyahsında Avstriya, Almaniya və Yapöoniyanın aşağı liqa klubları yer alır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti