"Qəbələ"də 3 legionerlə bağlı SON QƏRAR - 2-si gedir, 1-i qalır

2 İyun 2022 21:00 Qəbələ 1 521
"Qəbələ"də 3 legionerlə bağlı SON QƏRAR - 2-si gedir, 1-i qalır

Arxada qalan mövsüm birinci divizionda çıxış edən "Qəbələ-2" xidmətindən istifadə etdiyi 3 legionerlə bağlı qərarın verib.

Belə ki, 2001 təvəllüd olan və perespektiv üçün komandaya götürülən Munaçi Okvara və Ramin Doobinlə yollar ayrılıb.

Əsas komandaya təklif olunan hər iki oyunçunun da durumu baş məşqçi Elmar Baxşıyevi qane etməyincə onların göndərilməsi məqsədə uyğun sayılıb.

Amma daha cavan - 2003 təvəllüd olan Çiçin Akandenin komandada saxlanması məqsədəuyğun sayılıb. Çiçini özünü təsdiqləyə bilsə, qarşıdakı dönəm əsas komandaya keçid edə bilər.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti