“Azarkeşlər fikir bildirməkdə sərbəstdir.
Kiməsə “niyə elə yazdın, niyə belə yazdın” deyə bilmərik”.
“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev azarkeşlərin İlkin Qırtımovun transferi ilə bağlı narazılığını Sportinfo.az-a açıqlamasında şərh edib.
İlkinin bölgə təmsilçisi ilə müqavilə bağlamasından sonra fanatların sosial şəbəkələrdəki etirazı diqqətdən yayınmamışdı.
Futbolsevərlər Qırtımovu avrokuboklarda çıxış edəcək komanda üçün layiqli transfer hesab etmir, daha güclü oyunçuya ehtiyac duyduqlarını bəyan edirdilər.
“Qəbələ”nin baş məşqçi İlkinin transferinin səbəbini gizlətməyib:
“Baş məşqçi kimi İlkin mənə lazımlı futbolçudur. Ona inanıram və güvənirəm. Həm əzmkarlığı, həm də təcrübəsi ilə “Qəbələ”yə kömək edəcəyinə inanıram.
Görünür, azarkeşlər hələ də Ürfanın ayaq üstə olduğunu düşünür. Ürfanın boşluğunu doldurmaq mütləq idi”.
İlkin Qırtımov “qırmızı-qaralar”la 1 illik müqaviləyə imza atıb.
HƏBİB

