“Qəbələ”li arxasındakı soyadı kimə göstərirdi? – “O da mənim kimi əziyyət çəkir"

31 May 2022 19:40 Qəbələ 920
“Qəbələ”li arxasındakı soyadı kimə göstərirdi? – “O da mənim kimi əziyyət çəkir"

“Qəbələ” Premyer Liqanın sonuncu turunda “Sabah”la heç-heçə etməklə (1:1) bürünc medallara sahib olmaq şansını əldən verdi.

Mayın 21-dəki qarşılaşmada Murad Musayev bölgə təmsilçisinin yeganə topunu vurmaqla cari mövsümdə özünün ikinci qoluna imzasını yazdırdı.

Muradın qolu öz yerində. Maraqlı məqam komandasının aparıcı simasına çevrilmiş mərkəz müdafiəçisinin başla fərqləndikdən sonra qolu xüsusi şəkildə qeyd etməsiydi.

Öncə formasını əynindən çıxarıb qarşısında sarı vərəqə gördü, ardınca formanın arxa tərəfindəki soyadını kiməsə göstərib barmağı ilə həmin şəxsi nişan verdi.

Musayev Sportinfo.az-a açıqlamasında marağa səbəb olan qol sevinci haqda danışıb:

“Sonuncu oyun idi və həmin qol medal mənasında işə yaraya bilərdi. Ona görə də ağlıma bir anlıq formanı əynimdən çıxarmaq gəldi.

Dərhal da tribunaya tərəf qaçıb qolu oyunumu izləməyə gələn qardaşıma həsr etdim.

O da mənim kimi əziyyət çəkir. Ona görə də qolu ona ərmağan etdim. Qardaşım yaşça məndən balaca olsa da, çoxlarının tanıdığı adamdır.

Vaxtilə “Qəbələ”nin akademiyasında olub, U-19 millimizdə oynayıb. Artıq futbol oynamır, karyerasını erkən başa vurdu. İndi Zaqatalada məşqçi işləyir”.

Murad Musayev cari mövsümdə “Qəbələ”nin heyətində çempionatda və kubokda meydana çıxdığı 30 oyunda 2 qolla yadda qalıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti