Azərbaycan klubu ərəbi düşərgəsində saxlamaq üçün…

30 May 2022 19:00 Qəbələ 1 175
Azərbaycan klubu ərəbi düşərgəsində saxlamaq üçün…

“Qəbələ” ötən ilin sentyabrında 1+1 illik müqavilə bağladığı Omar Hani ilə danışıqlara başlayıb.

“Qırmızı-qaralar” iordaniyalı vingerin sözləşməsinin ikinci hissəsinin qüvvəyə minməsi üçün yeni şərtlər təklif edib.

22 yaşlı cinah yarımmüdafiəçisinin bu sezon 4000 dollar aylıq qazanc qarşılığında qırmızı-qara forma geyindiyini xatırladaq. Ərəb legioner başqa yerə getməsə, “Qəbələ”də 6000 dollar alacaq.

Peşəkar karyerasına vətənində başlayan Omarın ilk klubu "Əl-Faysali" olub.

O, 2019-cu ildə Kipr təmsilçisi APOEL-ə keçib. 2019-21-ci illərdə bu komandanın şərəfini qoruyan Hani 2020-21-ci illərdə icarə əsasında Nikosiya “Olimpiakos”sunda da çıxış edib.

İordaniyanın U-19 və U-23 milli komandalarının formasını geyinmiş yarımmüdafiəçi əsas yığmada 1 oyun keçirib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti