Azərbaycan klubunun lideri, görün, nə dedi: "DARIXMIŞIQ"

29 May 2022 17:00 Qəbələ 1 381
Azərbaycan klubunun lideri, görün, nə dedi: "DARIXMIŞIQ"

"Avrokuboklarda təcrübə mütləqdir".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin kapitanı Asif Məmmədov deyib.

Yarımmüdafiəçi "bu komanda ilə Konfrans Liqasında nə qədər irəli getmək mümkündür" sualını bu cür cavablandırıb:

"Döyüşkən və mübariz komandamız var. Amma bir qədər güclənməliyik. 1-2 futbolçu gəlsə, fikrimcə, Azərbaycanı və Qəbələni layiqincə təmsil edə bilərik.

Çempionatda necə can qoyuruqsa, orada da elə olacaq, buna əmin ola bilərsiz. Avrokuboklara vəsiqə qazanmaq istəyimiz də buna görə idi.

2 il avrokuboklardan kənar qaldıq, Avropa üçün darıxmışıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti